Get Adobe Flash player

İbtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni kurikulum üzrə təlim

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) 

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə

Kredit Nö.: 4394AZ

 

 Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.

 

İbtidai təhsildə yeni məzmunun tətbiqi ilə əlaqədar 2008-2011-ci ilər ərzində hər il yeni kurikulumlarla işləyəcək ibtidai sinif müəllimləri üçün müvafiq təlimlər təşkil olunmuşdur. Lakin bu dövrdən sonra ibtidai təhsilə yeni müəllimlər işə qəbul olunmuş və yuxarı sinif müəllimləri ibtidai təhsilin bəzi fənlərinin tədrisinə cəlb olunmuşlar ki, bu da onlar üçün yeni kurikulumların tətbiqi ilə bağlı təlimlərin təşkili zərurətini yaratmışdır. Bu zərurəti nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir:

1. Müqavilə Nö. 4394AZ-QCBS-232: Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında ibtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni kurikulum üzrə təlim;

2. Müqavilə Nö. 4394AZ-QCBS-233: Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında ibtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni kurikulum üzrə təlim;

3. Müqavilə Nö. 4394AZ-QCBS-234: Aran və Lənkaran iqtisadi rayonlarında ibtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni kurikulum üzrə təlim.

 

Xidmətlərin icra müddəti: iyun-dekabr 2013-cü il

 

Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas və təcrübə tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:

• müraciət məktubu;

• yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;

• müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;

• nizamnamə.

 

Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:

•  Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması;

•  Məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı son iki ildə iş təcrübəsi;

•  Müəllimlər üçün təlim kurslarının keçirilməsində son iki ildə iş təcrübəsi.

 

Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.

 

Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydalarında (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.

 

Maraqların İfadəsi yazılı şəkildə 2012-ci il, dekabrın 24-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Layihənin Əlaqələndirmə Qrupu,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqələndirici şəxs: Elvin Rüstəmov

Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

free counters  ILK-10 Azeri Website Directory