Get Adobe Flash player

Kurikulum Mərkəzində beynəlxalq məsləhətçi ilə görüş

21.10.2013-cü il tarixdə Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə ikinci layihəsi çərçivəsində “Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək” və “Müəllimlərin ixtisasartırma təliminin təkmilləşdirilməsi” komponentləri üzrə beynəlxalq baş məsləhətçi qismində dəvət olunmuş Aleksandru Krisan ilə görüş keçirildi.

 

 Görüşdə Kurikulum Mərkəzində Təhsil Nazirliyinin sifarişi ilə görülmüş işlərin başa çatdırılması, növbəti il üçün Mərkəzin fəaliyyətinin planlaşdırılması, tədqiqat mövzularının müəyyənləşdirilməsi, elmi işçilərin peşəkarlığının yüksəldilməsi ilə bağlı müzakirələr aparıldı.  

 

 

 

 

 

 

 

 

free counters  ILK-10 Azeri Website Directory