İntenet bağlantınızı yoxlayın...

Kurikulum

● MİQ / Sertifikasiya

Gülər Hüseynova


BPA

Dərslərə qoşulmaq üçün əlaqə :
Onlayn qruplar : 055 841 61 11
Əyani kurslar : 055 787 21 23 

İmtahan nəticələri AR Təhsil Nazirliyinin tətbiq etdiyi yeni hesablama qaydasına əsasən təyin edilir.

Doldurmaq vacibdir

Sual 1 - 30 00:30:00

Bu iş zamanı bəzi şagirdlər çox, bəziləri az işləyə bilərlər ki, bu da şagirdlər arasında narazılğıa səbəb olur. Digər bir amil şagirdlərin fikir ayrılığına düşə bilməsidir. Söhbət hansı iş formasından gedir?







Sual 2 - 30 00:30:00

Təlim formaları hansılardır?







Sual 3 - 30 00:30:00

Təlim strategiyalarını müəyyən edin. 
1. Ümumi təlim nəticələri
2. Təlimin məzmunu
3. Təlimin təşkilinə verilən tələblər
4. Məzmun standartları
5. Məzmun standartlarının şərhi
6. Təlimin forma və üsulları
7. Müəllim fəaliyyətinin planlaşdırılması







Sual 4 - 30 00:30:00

Şagirdlərin bir-biri ilə və bir-birindən öyrənmə imkanları olur. Mövzu ilə bağlı fikirlərini yoldaşı ilə bölüşüb bildiyini yoxlaya bilər və ya qarşılıqlı fikir mübadiləsi aparıb ortaq nəticəyə gələ, problemin həlli üçün birgə çalışa bilərlər. Söhbət hansı iş formasından gedir?







Sual 5 - 30 00:30:00

Fərdi iş formasına aid olan fikri müəyyən edin.







Sual 6 - 30 00:30:00

Uyğunlaşdırın.
1. Fərdi
2. Cütlərlə
3. Qrupla
4. Kollektiv
a. Şagirdlərdə özünüidarə qabiliyyətləri formalaşır
b. Şagirdlər bir-birinin işini qarşılıqlı olaraq qiymətləndirir, daha yaxından əməkdaşlıq etməyə imkan yaranır.
c. Qiymətləndirmə aparmaq üçün hər bir şagirdin fəaliyyətini yaxından izləməyə, zəif tərəflərini müəyyyən etməyə imkan yaranır.
d. Geniş auditoriya içərisində düzgün davranış mədəniyyətinə, ünsiyyət bacarıqlarına yiyələnmək üçün real imkanlar yaranır.







Sual 7 - 30 00:30:00

Şagirdlərin bir-birindən öyrənmək imkanı olur, bir-biri ilə qarşılıqlı fikir mübadiləsi aparır, bir-birini aktiv dinləyirlər. Bəzən mövzu ilə bağlı çətinlik çəkən şagird daha güclü şagirddən öyrənmiş olur. Sözü gedən təlim forması hansıdır?







Sual 8 - 30 00:30:00

Hansı təlim formasında şagird qoyulan sualın və ya verilən tapşırığın cavabını bir vərəqə qeyd edir, şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək daha asan olur?







Sual 9 - 30 00:30:00

Təlim formasını seçərkən və ya tətbiq edərkən  müəllimin buraxdığı səhvi müəyyən edin.







Sual 10 - 30 00:30:00

Hər bir şagird özünün nə dərəcədə öyrənməsi haqqında təsəvvürə malik olur, özünə uyğun üsul və strategiyaları müəyyənləşdirir və istifadə edir. Qeyd olunanlar hansı təlim formasına uyğundur?







Sual 11 - 30 00:30:00

Bütün sinif eyni fəaliyyətdə olur, sinifdəki şagirdlərin hər biri bu ümumi fəaliyyətin bir hissəsi olur, sinfin ümumi anlamasına səbəb olur. Sözü gedən təlim forması hansıdır?







Sual 12 - 30 00:30:00

Dərslərdə neçə iş formasından istifadə oluna bilər?







Sual 13 - 30 00:30:00

Qrup işində şagirddə hansı xüsusiyyət formalaşmır?







Sual 14 - 30 00:30:00

Şagirdlər öz templəri ilə işləyirlər, nəyi hansı səviyyədə bildiklərindən daha əmin olurlar. Düzgün yönləndirildiyi təqdirdə öz öyrənmələri haqqında təsəvvürə malik olurlar və müstəqil iş zamanı onlar üçün münasib olan üsul və strategiyaları müəyyənləşdirə və istifadə edə bilirlər. Söhbət hansı iş formasından gedir?







Sual 15 - 30 00:30:00

Proses zamanı şagirdlərdə həmçinin bir-birini aktiv dinləmək bacarığı da formalaşır. Bu iş forması eyni zamanda çətinlik çəkən şagirdlərin daha güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Həmçinin şagirdlərdə yardımlaşma hissinin də formalaşmasına səbəb olur. Şəxslərarası intellektə sahib şagirdlər üçün xüsusilə əlverişlidir. Söhbət hansı iş formasından gedir?







Sual 16 - 30 00:30:00

Şagirdlərin rəyvermə bacarıqları yüksək olmadığı halda bu iş forması uğursuz ola bilər. Söhbət hansı iş formasından gedir?







Sual 17 - 30 00:30:00

Bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaradır, fərqli fəaliyyətləri həyata keçirmək olur, şagird yaradıcılığı yüksək olur, problemin həlli üçün hamı çalışır, yaxın inkişaf zonası güclənir, tədris prosesinə hər kəs cəlb olunur. Söhbət hansı iş formasından gedir?







Sual 18 - 30 00:30:00

Daha çox ideya, fikir və təcrübə bölüşülə bilir, bütün şagirdlərin prosesə cəlb olunmasını təmin edir, müəllimə də şagirdlərə qoşulmaq imkanı verir, sual-cavab sessiyasında sinfin ümumi anlamasına şərait yaradır. Söhbət hansı iş formasından gedir?







Sual 19 - 30 00:30:00

Bəzən yalnız fəal şagirdlər iştirak edir. Utancaq və passiv şagirdlər diqqətdən kənar qala bilir. Sinfin idarəedilməsi zəif olanda xaotik səs-küy yaranır. Bu isə mövzunun dərindən öyrənilməsinə mane olur. Söhbət hansı iş formasından gedir?







Sual 20 - 30 00:30:00

Daha çox fərddaxili intellektə sahib şagirdlər üçün uyğun olan təlim forması hansıdır?







Sual 21 - 30 00:30:00

Sinifdə şagird sayı çox olduqda həyata keçirilməsi çətin olan təlim forması hansıdır?







Sual 22 - 30 00:30:00

Bu təlim formasınən tətbiqi zamanı şagirdlərin qiymətləndirilməsi müxtəlif formada aparıla bilər. Həm müəllim(şagird fəaliyyətini izləmək üçünm), həm də şagird tərəfindən (özünüqiymətləndirmə) qiymətləndirmənin aparılması mümkündür. Şagird özünüqiymətləndirmə zamanı zəif və güclü tərəflərini müəyyən edir, nələrə diqqət yetirəcəyini öyrənir, inkişaf səviyyəsini izləyə bilir. Sözü gedən forma hansıdır?







Sual 23 - 30 00:30:00

Düzgün qiymətləndirmə meyarlı olmadığı halda yüksək qiymət almaq üçün lazımsız rəqabət və narazılıqlar yarana bilər. Digər problem isə iş zamanı ortaya çıxan səs-küydür. Sözü gedən forma hansıdır?







Sual 24 - 30 00:30:00

Şəxslərarası intellektə sahib olan şagidlər üçün xüsusilə əlverişli olan üsul hansıdır?







Sual 25 - 30 00:30:00

Bu formada təşkil olunan işi operativ qiymətləndirmək üçün qarşılıqlı qiymətləndirmədən istifadə etmək mümkündür. Şagirdlər bir-birinə konstruktiv rəy bildirməklə güclü və zəif tərəflərini üzə çıxarmış olurlar, irəliləyişlərini izləyə və daha yaxşı nəticəyə çata bilirlər. Sözü gedən forma hansıdır?







Sual 26 - 30 00:30:00

Tədris prosesinə hər kəsin cəlb olunmasına imka yaradan, şagird yaradıcılığını formalaşdıran və daha çox tətbiqi xarakter daşıyan təlim forması hansıdır?







Sual 27 - 30 00:30:00

Bu təlim forması müəllimdən şagirdləri “skafoldinq” etməyi, yəni onları bu fəaliyyətə əsaslı şəkildə hazırlamağı tələb edir. Şagirdlər bu təlim formasının tətbiqinə hazır deyillərsə, birdən-birə onları belə bir fəaliyyətə cəlb etmək onların çaşqınlığına və sinfin idarəolunmasında xaosa gətirib çıxarar. Qeyd olunan problemlər hansı təlim formasının tətbiqində yarana bilər?







Sual 28 - 30 00:30:00

Bu təlim formasının tətbiqi zamanı işgüzar səs-küylə qeyri-işgüzar səs-küyü fərqləndirmək lazımdır. Burada müəllimin monitorinqi mütləqdir. İşi rahat idarə etmək üçün qaydalar tərtib oluna bilər. Hətta yaxşı olar ki, qayddalar şagirdlərlə birgə tərtib olunsun. Sözü gedən forma hansıdır?







Sual 29 - 30 00:30:00

Şagirdlərin bir-birinə qarşı mənfi münasibəti olarsa, o zaman bu faktor bu təlim formasını həyata keçirməyə mane ola bilər. Sözü gedən forma hansıdır?







Sual 30 - 30 00:30:00

Müəllimlər bu təlim formasında qiymətləndirmə aparmaqda xeyli çətinlik çəkirlər. Çünki bu formanı tətbiq edərkən müəllim şagirdin dərsin məqsədi ilə bağlı məzmunu nə dərəcədə öyrəndiyini müəyyənləşdirməlidir, həmçinijn şagirdin hansı bacarıqlara nə qədər yiyələndiyini qiymətləndirməlidir. Sözü gedən forma hansıdır?







 

 

 

 

 

 

 


 

 

Rəylər