Hadar-hadar
I Xalqımızın tarixinin, zəngin mədəni irsinin yaşadılmasında xalq oyunlarının rolu çox böyükdür. Belə oyunlardan biri də “Hadar-hadar” adlanır.
II Hadar-hadar, adətən, yazın əvvəllərində və payızda keçirilir. Oyunda ikidən beşədək oyunçu iştirak edir. Hər oyunçu özü ilə 50-60 sm uzunluğu olan və ucları yonulan çoxlu ağac gətirir. Bu ağaclara hadar deyilir.
III Oyuna başlamadan əvvəl (qabaq) böyük dairə çəkilir. Oyuna ilk başlayan oyunçu püşk yolu ilə müəyyənləşdirilir. Oyunçu ağacların birini var gücü ilə dairənin ortasında (mərkəzində) yerə vurur. Ağac yerə batmalıdır, nə qədər dərinə batsa, bir o qədər yaxşıdır. Onun arxasında digər oyunçular eyni qayda ilə ağaclarını bir-bir həmin ağacın böyrünə (üstünə) vururlar. Sonrakı oyunçular ağaclarını yerə zəif batan ağacın yanına basdırmağa çalışırlar. Əsas məqsəd rəqib oyunçuların ağaclarını yerdən çıxarmaqla öz ağacını yerə bərk basdırmaqdır. Hadarı yıxılmış oyunçu uduzmuş olur. Bununla da oyun bitmiş sayılır. Hadarı bitmiş oyunçuya növbəti dəfə şans (fürsət) verilir. Həmin oyunçu ehtiyat hadarlarını işə salır. Oyun ehtiyatda olan ağaclar qurtaranadək davam edir. (1)
IV Uşaqların inkişafında oyunun əhəmiyyətli rolu vardır. Belə ki “Hadar-hadar” uşaqları çevikliyə (cəldliyə) alışdırır və onlarda güc yaradır. Oyunun yaranması haqqında müxtəlif ehtimallar mövcuddur. Bu ehtimallardan biri onun hərblə bağlı olması ilə bağlıdır. Çox güman ki, çevikliyin və gücün əhəmiyyətli yer tutması bu fikrin yaranmasına səbəb olmuşdur. Bu fikri irəli sürənlər iddia edirlər ki, hərblə bağlı bu fəaliyyət ....................
V Oyun daha çox “Hadar-hadar” adlansa da, başqa adlarla da tanınır. Məsələn, Bakıətrafı kəndlərdə bu oyuna “Şeşpər-şeşpər” və “Şumaqədər” deyilir. (2)
Mətndəki məcazi mənalı ilk söz hansı sözlə başlayan cümlədə işlənmişdir?