Yolda
Yol bir zamanlar dəmiryol yatağı olmuş ərazidən keçib gedirdi. Ancaq indi yol dağılmışdı. Uzun illər idi ki, burada qatar fiti eşidilmirdi. Bir qoca ilə bir oğlan bu yolla gedirdi. Onlar ağır-ağır yeriyirdilər, çünki kişi çox qoca idi. Yola bələdçilik edən oğlan yerişini arxadan asta-asta gələn qocanın yerişinə uyğunlaşdırmağa çalışırdı.
Birdən o, gərgin vəziyyət aldı. Qulaqları, gözü və burnu eyni zamanda ona yaxınlaşan təhlükədən xəbər verirdi. Əli ilə geriyə – qoca babasına işarə etdi. Hər ikisi ayaq saxladı. II İrəlidə – yolun sağ tərəfində ağacların, kolların xışıltısı eşidildi. Oğlanın nəzərləri tərpənən kolların mərkəzinə zillənmişdi. Çox çəkmədən kolların arasından böyük bir ayı çıxdı və onları görən kimi dayanıb-durdu. Ayı insanları xoşlamırdı və əsəbi halda donquldamağa başladı. Oğlan ehmalca oxu kamana yerləşdirdi və kamanı dartdı. O, gözünü ayıdan çəkmirdi.
Qoca isə günlüyün altından gözlərini zilləyib nə baş verdiyini anlamağa çalışdı, ayını görəndə oğlan kimi o da yerində donub-qaldı. Qarşılıqlı baxışma bir bir neçə saniyə davam etdi. Ayının daha da əsəbiləşdiyini görən oğlan başı ilə babasına yoldan çıxmağı və aşağı enməyi işarə elədi. III Özü də aramla geri addımladı, amma oxu və yayı hələ də hazır tuturdu. Bu vəziyyət qarşı tərəfdə kolların xışıltısı kəsilənədək davam etdi. Səsin kəsilməsi ayının çıxıb getdiyinə bir işarə idi.
Oğlan yenidən yola baxaraq:
– Yaman yekə idi ha, babacan, – dedi.
Təsdiq əlaməti olaraq qoca başını tərpətdi və cır, inamsız səsi ilə gileyləndi:
– Gündən-günə artırlar. IV Kimin ağlına gələrdi ki, çimərliyə gedən yolda ayı ilə rastlaşmaq olar? Mən onda uşaq idim, hava yaxşı olanda San-Fransiskodan bura on minlərlə kişi, uşaq, qadın gələrdi. O vaxt ayı o qədər az idi ki, insanlar qəfəsdə onlara baxmaq üçün pul verərdilər.
V Yaxınlaşan qatarın gurultulu səsi qocanın sözünü ağzında qoydu. Baba və nəvə yenidən yola davam etdilər.
(C.Londonun “Taun” əsəri əsasında hazırlanmışdır)
Mətndə qarşılaşdırılır: (ən əhatəli bəndi müəyyənləşdirin)