Muzey-gəmi
Ölkəmizdə bir çox muzeylər fəaliyyət göstərir. Bəzi muzeylərin bənzərinə (oxşarına) rast gəlmək mümkün deyil. Unikal muzeylərdən biri də “Suraxanı” tanker-muzeyidir.
“Suraxanı” tanker-muzeyi ölkəmizdə dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas (başlıca) layihələrdəndir. Bir çox gəmi olduğu halda, “Suraxanı” gəmisinin seçilməsi təsadüfi deyil. ֎ Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin ……….. təcrübəsindən istifadə olunub. Beləliklə, 2000-dən artıq yerli gəmi təmirçisinin əməyi nəticəsində nadir layihə ərsəyə gəlib.
Muzeyə gələn ziyarətçiləri kapitan və baş1 köməkçi qarşılayır, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Məsələn, oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil (sərbəst) şəkildə yerinə yetirmək mümkündür. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.
Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiyaları ilə tanışlıq fürsəti əldə edirlər. ֎ Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın (avtomobil) şöbəsində çalışan heyətin gündəlik2 iş həyatı ilə yaxından tanış olurlar. Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan (toplanan) flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Muzeyin qarşısındakı parkda fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası da qoyulmuşdur. ֎
Tankerin muzeyə çevrilərək istifadəyə verilməsi dünyada bu sahədə atılmış ilk addım kimi qiymətlidir.
Nümunədə üç yerdə ֎ işarəsi qoyulmuşdur. Həmin işarələrin yerinə uyğun gələn cümlələr aşağıda verilmişdir. Mətnə əsasən, cümlələrin ardıcıllığı necə olmalıdır?
1. Burada keçmişə səyahət də mümkündür.
2. Kompozisiya dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib.
3. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.