Müəllim sinfə yönələrək mövzu ilə bağlı sual verir. Lakin şagirdlərə gözləmə və düşünmə vaxtı vermir. Belə olduğu halda bəzi uşaqlar 2-3 saniyəyə suala cavab verərək müəllim tərəfindən təriflənir. Düşünmək üçün bir qədər vaxta ehtiyacı olan şagirdlərin özlərinə inamı azalır, bir müddət sonra tamamilə passiv olurlar. Müəllim belə etməklə pedqoji prosesin hansı prinsipini pozmuş olur?