Sonuncu dərs
Ranqa adlı məşhur bir hindli rəssam incəsənət məktəbi açmışdı və orada tələbələrə rəssamlıq sənətinin incəliklərini öyrədirdi. Bu məktəbdə dəqiq müəyyən olunmuş təhsil müddəti yox idi. Ranqa hər hansı bir tələbənin istedadına, biliyinə tam əmin olduqdan sonra onun məktəbi uğurla bitirdiyini elan edirdi.
Ranqanın istedadlı tələbələri çox idi. Lakin Rac adlı tələbə digərlərindən çox fərqlənirdi. Müəllimi də onun biliyindən, çalışqanlığından razı idi. ① Rac səbirsizliklə müəlliminin onu rəssam kimi sənət dünyasına təqdim etməsini gözləyirdi.
► Bir gün Rac müəlliminin yanına gəlib soruşdu:
– Müəllim, mən nə zaman məzun ola bilərəm?
– ② Rac, sən çox qısa zamanda rəssamlıq sənətinə yiyələnmisən. Artıq sonuncu imtahanını verə bilərsən.
– Bəs bunun üçün mən nə etməliyəm?
– Sən gözəl bir əsər çəkməlisən. ③ Bu elə bir əsər olmalıdır ki, hər kəs heyran olsun. Get və tələsmədən əsərini yarat.
■ Rac gecə-gündüz çalışdı və gözəl bir əsər çəkərək Ranqaya təqdim etdi. Ranga şəkli bəyəndi və Raca tapşırıq verdi:
– Rəsmin, həqiqətən, çox gözəldir. İndi əsərin aşağısına böyük hərflərlə bu sözləri yaz: “Rəsmdə səhv görənlərdən xahiş olunur ki, həmin yerə “x” işarəsi qoysunlar”. Sonra rəsmi aparıb şəhərin mərkəzi meydanına qoy.
Rac Ranqanın dediklərinə əməl etdi. Bir neçə gündən sonra ustad şagirdindən gedib rəsmi gətirməsini istədi. Rac böyük həyəcanla şəhər meydanına getdi. Ancaq gördüyü mənzərə onu məyus etdi: əsər “x” işarəsi ilə dolu idi. Rac istedadsız olduğunu və bunun bütün insanlar tərəfindən təsdiq olunduğunu düşündü.
● O qayıdıb gördüklərini müəlliminə danışdı. Ranqa gülümsədi, ona ümidsizliyə qapılmamağı və yeni bir əsər çəkməyi məsləhət gördü. Lakin bu dəfə şagirdinə rəsmin yanına boya ilə fırça qoymağı, aşağısına belə bir cümlə yazmağı tapşırdı: “Rəsmdə müəyyən etdiyiniz səhvləri ləvazimatlardan istifadə edərək düzəltməyiniz xahiş olunur”.
– ♣ Rac, bu gün sən təhsilini başa vurdun sonuncu dərsini almaqla. Artıq məktəbimizin məzunusan. Sən bilməlisən ki, insanlar peşəkar olmadıqları mövzularda belə tənqid etməyə hər zaman hazırdırlar. Sən əvvəlcə əsərində səhvləri göstərmələri üçün insanlara fürsət verdin və onlar böyük həvəslə bunu etdilər: əsərin “x” işarələri ilə doldu. Ancaq həmin insanlardan səhvləri düzəltməyi xahiş etdikdə heç kim buna cürət etmədi.
♦ Rac belə də etdi. Bir neçə gündən sonra yenidən şəhər meydanına gedən Rac rəsmi görüb heyrətləndi: rəsmə nə bir işarə əlavə olunmuş, nə də yanındakı ləvazimatlara toxunulmuşdu. Rac çox sevindi və ustadının yanına gəlib hər şeyi ona danışdı. Ranqa gülümsəyərək tələbəsinə dedi:
– Çünki onların heç biri ……………………….. .
Sonda sevimli tələbəsinə öz nəsihətlərini verdi və onunla vidalaşdı.
Racın gözləri yaşarmışdı. Bu sonuncu dərs onun üçün əsl həyat dərsi oldu.
Mətnin üslubi xüsusiyyətlərinə aid olan fikirdir:
1. Fikirlər standart formada ifadə olunması
2. Təsirlilik, şərh etmənin aparıcı olması
3. Ellipsis işlənməsi
4. Söz sırasının pozulması faktı
5. Termin, dialekt və loru sözlərin işlənməsinə yol verilməməsi