Azərbaycan Respublikasının yeni Təhsil Qanunu nə vaxt qəbul olunmuşdur?
Bakalavriatı bitirmiş şəxslərə hansı peşə-ixtisas dərəcəsi verilir?
Təhsildə uğurlu nəticələri ilə xüsusi ilə fərqlənən şəxsin adına təsis olunan təqaüd necə adlanır:
“Təhsil haqqında” Azərbaycan Respubliksının qanunu şamil edilmir :
1. konservatoriyalara
2. ümumtəhsil müəssisələrinə
3. dini təhsil müəssisələrinə
4. xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqlar yanında təhsil müəssisələrinə
5. əlavə təhsilə
6. informal təhsilə
Təhsil proqramı özündə əks etdirir:
1. təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını
2. baza ali tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsini
3. tədris pilləsini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını
4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqilliyi
5. pedaqoji prosesin təşkili
6. müəlliflik hüququnun qorunması və daxili və ya beynəlxalq təhsil bazasında reallaşdırılması üzrə kompleks xidmətlər sistemini
7. Təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması sistemini özündə əks etdirir.
Təhsilin məhsulu anlayışına daxildir:
1. təhsil sahəsində innovasiyalar
2. baza ali tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi
3. orifinal təhsil və fənn proqramları
4. ali təhsil müəssisəsində akademik məsləhətçi
5. təlim metodları sistemi
6. təlimin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi
7. təhsil modulları
8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik
9. təhsil layihələri
Attestasiya aiddir:
1. hərbi təhsil müəssisəsində verilən təhsil formasıdır.
2. hər bir təhsil pilləsində və səviyyəsində verilən təhsil formasıdır.
3. dissertasiya işini yerinə yetirən şəxsdir.
4. təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsidir.
5. doktoranturada təhsil alan şəxsdir.
6. təhsilverənlətin fəaliyyətinin qiymətləndirilməsi prosedurudur.
7. özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.
Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə daxil olanların məntiqi ardıcıllığını göstərin.
1. Azərbaycan Respublikasının Konstitusiyası
2. Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələr
3. Təhsil Qanunu
4. Təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlar
Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə şamil edilməyənləri ardıcıllıqla göstərin.
1. dini təhsil müəssisələri
2. xarici dövlətlərin konsulluqlar yanında təhsil müəssisələri
3. xarici dövlətlərin diplomatik nümayəndələri yanında təhsil müəssisələri
Təhsil prosesi və onun məzmununun məntiqi ardıcıllığını göstərin.
1. bacarıq
2. vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi
3. bilik
Azərbaycan Respublikasında mülkiyyət növünə görə fəaliyyət göstərən təhsil işçilərinin məntiqi ardıcıllığını Təhsil qanunvericiliyinin 14-cü maddəsində olduğu kimi göstərin.
1. dövlət
2. bələdiyyə
3. özəl
Təhsil sisteminin quruluşuna daxil olanların məntiqi ardıcıllığını Təhsil Qanununun 8-ci maddəsində olduğu kimi göstərin:
1. təhsil sahəsində fəaliyyət göstərən qeyrihökumət təşkilatları, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
2. bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi təşkilat institulları və informasiya mərkəzləri və s.
3. təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar
Müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər necə adlanır?
Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır:
Yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmlər doktorlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə necə adlanır:
Əsas təhsil, evdə təhsil, ilk peşəixtisas təhsili və onların təşkili formaları arasındakı uyğunluğu tapın.
1. Əlavə təhsil
2. Evdə təhsil
3. İlk peşə-ixtisas təhsili
a) müvafiq təhsil proqramlarına uyğun.olaraq ümumi təhsilin evdə təşkili forması.
b)əsasən humanitar sahədəistedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi.
c) vətəndaşların hərtərəfli təhsil təlabatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil.
d) musiqi sahəsi üzrə yüksək ixtisaslı mütəxəsislər hazırlayan ali təhsil müəssisəsi.
e) Əmək bazarının təlabatına uyğun olaraq ümumi orta təhsil və tam orta təhsil bazasınada müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
Kollec, lisey, gimnaziya təhsil müəssisəsi və onların fəaliyyət istiqamətləri arasındakı uyğunluğu seçin:
1. Kollec 2. Lisey 3. Gimnaziya
a) əsasən humanitar sahədəistedad vəqabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi
b) müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrəali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi
c) ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi
d) təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi proseduru
e) orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi
Təhsilalanların vəzifələrinə aid olanları seçin :
Təhsilalanların vəzifələrinə aid olan bəndi seçin.
Direktorlarla bağlı düzgün tələblər hansılardı ?
1. Pedaqoji sahə üzrə ali təhsil
2. Azı 3 il pedaqoji staj
3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olması
4. Azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staj
5. Azı 5 il rəhbər vəzifədə staj
6. Mütləq direktor müavini olması
Direktor məktəbin fəaliyyətini idarə edir :
Direktor əsasən məsuliyyət daşıyır :
1. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına görə
2. Daxili intizam qaydalına riayət olunmasına görə
3. Pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına görə
4. Məktəbin inkişaf proqramını və cari planlarının hazırlanmasına görə
5. Direktor müavinlərinin hesabatlarını dinləyib, onların işinin təkmilləşdirilməsinə görə
6. Dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil etməsinə görə
Direktorlar əsasən bilməlidir :
1. Azərbaycan Respublikasının Təhsil Qanununu
2. Tədris proqramlarını
3. Təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri;
4. Təhsil iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətini, eləcə də hesabatvermə və statistikanın əsaslarını
5. Uşaq Hüquqları Konvensiyasını
6 Qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki elminin son nailiyyətlərini
Təhsilin prinsiplərindən olan keyfiyyətlilik nə demədir ?
İbtidai, orta və tam orta ümumtəhsil məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və xüsusi internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, liseylər, gimnaziyalar hansı təhsil müəssisələrinə aiddir?
Hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi kadrların hazırlanması forması hansıdır ?
Ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta İxtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsi necə adlanır ?
elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə :
təhsil proqramı (kurikulum) nədir ?

“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunvericiliyi ibarətdir :
1. “Məktəbəqədər təhsil haqqında” qanundan
2. təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan
3. “Ümumi təhsil haqqında”,
4. Azərbaycan Respublikasının Konstitusiyasından,
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunundan
6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu şamil olunmur :
1. ümumtəhsil müəssisələrinə
2. ali təhsil müəssisələrinə
3. dini təhsil müəssisələrinə
4. xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə
5. peşə, orta ixtisas təhsil müəssisələrinə
Təhsil sahəsində dövlət siyasətinin neçə əsas prinsipləri vardır ?
mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi təhsilin hansı prinsipinə aiddir ?
Təhsilin əsas məqsədinə uyğun olan variantı seçin :
1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək.
2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
3. təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması.
4. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
5 Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.
6. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq.

Fikirlərdən biri yanlışdır :
Təhsil sahəsində dövlət standartları haqqında deyilən fikirlərdən biri yanlışdır :
Səsləndirilən fikirlərdən yanlış olanı tapın :
Universitetlər, akademiyalar, institutlar hansı təhsil müəssisələrinə aiddir?
Təhsilin keyfiyyət səviyyəsinin yüksəlməsi nədən asılıdır?
Təhsilalanların hüquqlarına aiddir:
1. qanungericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq
2. yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək
3. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək
4. təhsilprosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq
5. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq
6. ixtisası artırmaq, yeni ixtisas almaq, sta/ keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək
7. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək
8. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq
Təhsilverənlərin hüquq və vəzifələrini tənzimlənməsinə daxil olanları ardıcıllıqla göstərin.
1. işəgötürənlərlə təhsilverənlər arasında bağlanan əmək müqavilələri
2. Azərbaycan Respublikasının Konstitusiyası
3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
4. təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları
5. Təhsil Qanunu və digər normativ-hüquqi aktlar
Təhsil sahəsində dövlətin, təhsilalanların və təhsilverənlərin vəzifələri və onlar arasındakı uyğunluğu tapın.
1. Təhsil sahəsində dövlətin vəzifələri
2. Təhsilalanların vəzifələri
3. Təhsilverənlərin vəzifələri
a) təhsl sahəsində dövlət siyasətinin və proqramlarının həyata keçirilməsinin monitorinqini aparmaq
b) təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək
c) pedaqofi işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq
d) yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək,
e) ixtisas və elmi-pedaqoyi səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məkləbəqədər tədbirlər keçirmək
Təhsilalanların Təhsilverənlərin və əcnəbilərin Azərbaycan Respublikasında təhsil almaq hüquqları və onlar arasındakı uyğunluq necədir ?
1. təhsilverənlərin hüquqları
2. təhsilalanların hüquqları
3. əcnəbilərin təhsil almaq hüquqları
a) Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixlisas artırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqagilələrə uyğun olaraq, dövləl tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
b) normal əmək, elmi-pedaqofi iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq
c) dövlət təhsil standartlarına uyğun olaraq keyfiyyətli təhsil almaq.
d) təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq
e) yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək
Müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi necə adlanır ?
Azərbaycan Respublikasının müstəqllik tarixində ilk təhsil qanunu neçənci ildə qəbul edilmişdir?
Təhsilin məqsədinə uyğun olmayan bəndi göstərin.
Biri təhsilin formasına aid deyil :
Təhsil Qanununun 12-ci maddəsində bəhs edilir :
Biri təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid deyil :
Biri keyfiyyətlilik prinsipinə aiddir :
Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər haqqında səsləndirilən fikirlərdən biri yanlışdır :

Təhsil formalarını seçin :
Təhsilalma formaları haqqında səsləndirilən filirlərdən yanlış olanını seçin :
Təhsil müəsissəsi haqqında səsləndirilən düzgün fikirləri seçin :
1. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri təhsildə bilavasitə elmi naliyyət və mənfəət əldə etmək məqsədi güdür.
2. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq icra orqanı tərəfindən müəyyən edilir.
3. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.
4. Özəl təhsil müəsisələri şəxsi təşkilatçılar tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisələridir.
5. Bələdiyyə təhsil müəsisələri dünyada olmaqla eləcədə ölkəmizdə də geniş yayılməşdır.
6. dövlət təhsil müəsisələrinə bütün ümumtəhsil müəssələri, İnternat məktəblər və s. aiddir.
Fikirlərdən biri doğru deyil :

Kimlər təhsil müəsissəsinin təsisçisi ola bilər ?
Təhsil müəssisəsinin təsisçisiləri haqqında deyilən fikirlərdən biri doğru deyil :
Səsləndirilən fikirlərdən yanlış olanları seçin :
1. Azərbaycan Respublikasında dövlət təhsil müəssisələridə daxil olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir.
2. Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
3. Təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğv qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
4. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.
5. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.
6. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat vermir.

Aşağıdakılardan hansı təhsilin səviyyəsinə aiddir :
Məktəbəqədər təhsil haqqında səsləndirilən fikirlərdən biri doğru deyil:
Ümumi təhsil haqqınd asəsləndirilən yalnış fikir hansıdır ?
Peşə təhsil sisteminə aid səslənirilən doğru fikiri seçin :
1. Peşə təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
2. Peşə təhsili mülkiyyət formasından asılı olmayaraq peşə təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün lisenziyası olan ayrı-ayrı təşkilatların, müəssisələrin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir
3. Peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.
4. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaratmamaqla bərabər eyni zamanda növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılmır.
5. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.
6. Peşə təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul olunanlar “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna malikdirlər

Cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin edir :
Azərbaycanda mülkiyyət formasına görə hansı təhsil müəssisələri fəaliyyət göstərir?
Körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası hansı təhsil müəssisələrinə aiddir?
İbtidai, orta və tam orta ümumtəhsil məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və xüsusi internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, liseylər, gimnaziyalar hansı təhsil müəssisələrinə aiddir?
Uşaq yaradıcılıq mərkəzləri, uşaq – gənclər idman mərkəzləri, uşaq – gənclər şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri hansı təhsil müəssisələrinə aiddir?
Universitetlər, akademiyalar, institutlar hansı təhsil müəssisələrinə aiddir?
Məktəbəqədər təhsil, ümumi təhsil, məktəbdənkənar təhsil təhsilin nəyi hesab olunur?
Ümumi təhsil pilləsinin səviyyələri hansılardır?
Fikirlərdən biri doğrudur?
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yenidən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial – iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır
Kiminin ixtisasartırmaya, kiminin yenidən təhsil almağa, kiminin ikinci təhsil almağa və s. tələbatlarının ödənilməsi ilə müşayiət olunur.
Təhsilin prinsiplərindən biri yanlış verilib
Biri təhsilin prinsipidir
Humanistlik prnspi dedikdə nə başa düşülür?
Təhsilin prinsiplərindən olan keyfiyyətlilik nə demədir?
Uyğunlaşdırın
1. liberallaşma
2. səmərəlilik
3. inteqrasiya
a- təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili.
b- təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi.
c- milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
Uyğunlaşdırın
1- demokratiklik
2- bərabərlik
3- millilik və dünyəvilik
a- bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması.
b- milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi.
c- təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması.