Tranzistorun kolektor dövrəsində cərəyan şiddəti 16 mA , bazada isə 3 mA - dir. Emitter dövrəsindəki cərəyan şiddətinin neçə mA olduğunu təyin edin.
Naqilin çərçivəsindən keçən maqnit selinin dəyişmə sürəti 4 dəfə azalarsa , onda yaranan induksiya EHQ necə dəyişər ?
Sarğacın maqnit seli 3 Vb - dir.Maqnit selini sabit saxlamaqla sarğacın induktivliyini 9 Hn - dən 3 Hn - yə qədər azaltdıqda , maqnit sahəsinin enerjisi necə dəyişər ?
Təhsil naziri Emin Əmrullayev brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən öz çıxışında bildirir ki, qızılca xəstəliyinin yoluxması artarsa, məktəblər qısa müddətlik bağlana bilər. Bu situasiyaya əsasən təhsil müəssisələrində hansı pedaqoji prinsipin nəzərə alındığını müəyyən edin
Müəllim şagirdlərə “Gələcəkdə hansı peşəni seçəcəyəm” mövzusunda təqdimat hazırlamağı tapşırır. Şagird bu istiqamətdə səmərəli nəticə əldə etməsi üçün fəaliyyətini necə quracağını müəyyənləşdirir, işini düzgün istiqamətləndirərək tamamlayır. Təqdimatlar bitdikdən sonra müəllim şagirdlərə özünüqiymətləndirmə vərəqləri təqdim edir. Bu situasiya əsasında şagirdlərdə formalaşacaq səriştəni və biliyin növünü müəyyənləşdirin
Sinifdə müxtəlif etnik qrupa aid olan xalqların nümayəndələri var. Şagirdlərdən biri öz adətinə uyğun olaraq bayramın sinifdə keçirilməsini təklif edəndə digərləri buna qarşı çıxır və bildirirlər ki, onlarda belə adət olmadığından bu tədbirə qoşulmayacaqlar. Müəllim bayramı keçirtmir, amma şagirdləri qruplara bölür və hər bir qrupa özlərinin seçiminə əsasən bir xalqın mədəniyyətini əks etdirən təqdimat hazırlamağaı tapşırır. Müəllimin fəaliyyəti haqda nə demək olar?
Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin
Uyğunsuzluğu müəyyən edin
Deduktiv mühakiməyə aid edilə bilməz
Müəllim “İskəndərnamə poeması”nı keçdikdən sonra şagirdlərə tarixi şəxsiyyət İskəndərlə bağlı araşdırma aparmağı tapşırır. Bu situasiyaya əsasən inteqrasiyanın növünü və formalaşacaq səriştəni müəyyən edin
Təsviri incəsənət dərsində şagirdlərə “Mənim ailəm” mövzusunda rəsm çəkməyi tapşırılır. Şagird atasının, anasının və özünün şəklini çəkir və müəlllimə təqdim edir. Atanı qolları olmadan təsvir etdiyi üçün müəllim şagirdə “Atanın əllərini niyə çəkməmisən?” sualını verir, şagird isə “Anamı və məni hər gün vurmasın deyə” cavabını verir. Bu situasiya ilə qarşılaşan müəllimin qərarlarından hansını doğru hesdab etmək olmaz?
Uyğunsuzluğu müəyyən edin
Konseptual biliyə aid olmayan tapşırığı müəyyən edin
Müəllim şagirdlərlə maraqlı bir oyun keçirir. Oyunun şərti bundan ibarətdir ki, lövhəyə çıxan şagird torbadan çıxardığı sözü danışmadan öz hərəkətləri ilə yoldaşlarına izah etməlidir, yoldaşları isə onun hərəkətlərinə baxaraq demək istədiyi sözü tapmalıdırlar. Oyunun şərtlərini pozan şagirdlər oyundan kınarlaşdırırlar. Bu situasiya ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur?
1. Burada lövhədəki şagirdddə daha çox psixomotor bacarıqlar inkişaf edir
2. Lövhədəki şagirdin nə demək istədiyini anlayan şagirdlər taksanomiyanın təhlil etmək mərhələsinə uyğun fəaliyyət göstərirlər
3. Bu fəaliyyəti təşkil etməklə müəllim inkişafyönümlülük prinsipini nəzərə almışdır
4. Lövhədəki şagirdin nə demək istədiyini anlayan şagirdlərdə faktoloji bilik formalaşır
Şagirdin çox yaxşı rəsm çəkmək qabiliyyəti var. Ona görə o bu bacarığını inkişaf etdirmək üçün beynəlxalq sərgidə iştirak etmək qərarına gəlir. Sərgidə iştirak etmək üçün cədvəlinə dəyişiklik edir. Verilmiş situasiyada şagird emosional taksanomiyanın sahənin hansı mərhələsinə uyğun gəlir?
Məntiq xətalarına aid uyğunluğu müəyyən edin.
1.Boş adam
2.Sirkulyar arqument
3.Çoxmənalı danışmaq
a.Mühakimə - “Çoxlu kitab oxumaq söz bazamızı artırır ” Xəta – “Demək istəyirsiniz ki, söz bazamız zəifdir?”
b.Mühakimə - “Dərs zamanı dərsdən qaçmaq qadağandır”. Xəta – “Mən dərsdən qaçmadım, sadəcə evə vaxtında çatmaq üçün bir dərs tez çıxdım”
c.Mühakimə - Telefona çox baxmaq gözə ziyandır. Xəta – Mən telefona az baxıram, çox baxmaq gözə ziyandır”
Şagird bilir ki, əldə etdiyi yeni məlumatları fikrində canlandırdıqda daha yaxşı anlama baş verir. Şagird müvafiq olaraq hansı biliyə və düşünmə formasına malikdir?