Bir qrupdan tələbələrin 97%-i riyaziyyat fənnindən kafi qiymət aldı. Kafi qiymət olan şagirdlərin bir neçəsi qrupdan ayrıldıqda, qalan şagirdlərin 95%-i kafi qiymət alanlar oldu. Buna görə də qrupdaki şagirdlərin neçə faizi qrupdan ayrılmışdır?
İki krandan birincisi 4 dəqiqədə 50 l, İkincisi isə 3 dəqiqədə 40 l su boşalda bilir. İkisi birlikdə 620 litrlik su çənini eyni anda boşaltmağa başlayır. Bu müddət ərzində ikinci kran neçə litr su boşaltmış olacaq?
Müəllim şagirdləri Azərbaycanın qədim tarixini, mədəniyyətini öyrənmək üçün Azərbaycanın qədim abidəsi olan Qobustan qayalarına aparmaq üçün gün və saat təyin edir. Gəzintidən qayıtdıqdan sonra gördüklərini ümumiləşdirərək esse yazacaqlarını da bildirir. Hər kəs əvvəlcədən təyin olunmuş vaxtda təyin olunmuş ünvanda olsa da, sinif şagirdlərindən ikisi ünvana gecikir və 25 nəfər 40 dəqiqə onları gözləməli olur və avtobus gedəcəyi yerə daha gec çatır. Bu situasiya ilə bağlı aşağıdakı fikirlərdən doğru olanları müəyyən edin.
1. Gecikən şagirdlər öz vəzifəsini düzgün icra etmir
2. Müəllim şagirdləri gəzintiyə apararaq öz hüququndan istifadə edir
3. Bu iki şagirddə şəxsi və sosial kimliyin dərki səriştəsi formalaşmayıb
4. Bu situasiya onu göstərir ki, müəllim şagirdyönümlülük prinsipini nəzərə almışdır
5. Şagirdləri gəzintiyə aparmaqla müəllim fəal vətəndaş mövqeydi səriştəsini formalaşdırır
6. Şagirdləri gəzintiyə aparmaqla müəllim milli kimliyin dərki səriştəsini formalaşdırır
7. Gəzintidən sonra verəcəyi tapşırıq vasitəsilə müəllim şagirdlərdə konseptual biliyi formalaşdırmağı planlaşdırır

Tarix dərsində müəllim şagirdlərə aşağıdakı sualı ünvanlayır:
I Çarlzın parlamenti yenidən çağırmaqda məqsədi nə idi?
Bu suala əsasən biliyin, taksanomiyanın və təfəkkürün növünü müəyyənləşdirin.
Riyaziyyat fənnindən kiçik summativ qiymətləndirmədən sonra müəllim şagirdlərin nəticələrini valideynlərin də olduğu ümumi whatsapp qrupuna göndərir. Digər şagirdlərdən fərqli olaraq sualları anlamadığı üçün övladının “20” bal toplayaraq “2” aldığını görən valideyn həmin qiymətləndirmə vərəqinə baxmaq, övladının səhvlərinə nəzər yetirmək istədiyini bildirir. Müəllim isə bu nəticəni onun övladının riyaziyyatı sevməməsi ilə əlaqələndirir, həmin vərəqin portfolioda saxlanılacağını, valideynlərin bu vərəqə baxmağının mümkün olmayacağını bildirir. Bu situasiya ilə bağlı fikirlərdən hansı doğrudur?
1. Portfolionun əlçatanlığının olmaması valideynin övladına konstruktiv rəy verməsinin qarşısını alır
2. Burada məktəb-valideyn münasibətlərinin tənzimlənməsi prinsipi pozulmuşdur
3. Müəllim summativ qiymətləndirmə zamanı vaxt normasına əməl etmir
4. Bu situasiya onu göstərir ki, şagird bilik, bacarııq və vərdişlərə yiyələnmək vəzifəsini yerinə yetirmir
5. Müəllim bu situasiyada peşəkarlıq fərdi məsuliyyət etik davranış prinsipini pozmuşdur
6. Bu situasiyaya əsasən müəllim konfidensiallıq prinsipini pozmuşdur
7. Bu situasiyada müəllim K. Dvekin “Düşüncə tərzi” nəzəriyyəsini nəzərə alır

Elinanın sinif yoldaşları onu hər kəsin qarşısında utandırır, onun haqda xoşagəlməz şayiələr yayırdılar. Elinanın valideyni Elinanın məyus olduğunu görərək bununla bağlı dəfələrlə məktəb rəhbərliyinə və sinif rəhbərinə müraciət etsə də, müraciətləri ilə bağlı heç bir tədbir görülmür. Hətta bəzi fənn müəllimləri belə, ona alçaldıcı sözlər deyərək onu məyus edirdilər. Bu situasiya ilə bağlı doğru fikirləri müəyyən edin
1. Yoldaşları Elinanı sosial bullinqə məruz qoyurlar
2. Burada məktəb-valideyn əməkdaşlığı düzgün qurulmamışdır
3. Elina müəllimləri tərəfindən tədris bullinqinə məruz qalır
4. Bu məktəbdə dəstəkləyici mühitin yaradılması prinsipi pozulmuşdur
5. Məktəb rəhbərliyi və sinif rəhbəri peşəkarlıq və fərdi məsuliyyət prinsipinə əməl etmirlər
6. Bu situasiya onu göstərir ki, Elina şagird davranış qaydalarına əməl etmir
8-ci sinif tarix dərsində müəllim XVII, XVIII yüzilliklərdə Avropa xalqlarının mədəni həyatında, təhsilində inqilabi dəyişikliklərdən danışarkən ilk kimya laboratoriyasının təşkilatçıdı M. Y. Lomonosdan, onun kimyəvi reaksiyalar zamanı maddələrinin ümumi çəkisinin dəyişmədiyini sübut etməsini də qeyd edir. Bu situasiyada hansı inteqrasiya növündən istifadə olunmuşdur?
Şagirdin idraki fəallığı aşağı səviyyədədir. Lakin gözəl rəsm çəkmək qabiliyyəti var. Fizika müəllimi riyaziyyat müəllimi ilə söhbət edərkən bu şagirdin fizikanı oxumadığını bildirir. Riyaziyyat müəllimi isə bu şagirdin rəsm çəkmək qabiliyyətindən istifadə edərək qrafik və ya sxem çəkməklə ona uyğun məsələlərin həllini tapşırdığını və müsbət nəticə əldə etdiyini söyləyir. Bu situasiyaya əsasən hansı fikir doğrudur?
Müəllim şagirdlərə tanıdıqları siğorta şirkətlərindən biri haqda təqdimat hazırlamağı, daha sonra isə qrupda birləşərək təqdimat etməyi tapşırır. Şagirdlərdən biri təqdimatı müəyyən müddət ərzində hazırlayır, amma təqdim etmək istəmir. Bu şagirdlə bağlı doğru fikri müəyyən edin.
Müəllim şagirdlərə aşağıdakı tapşrığı təqdim edir. I və II dünya müharibəsini müqayisə edin. Bunlardan hansı, bəşəriyyərə daha çox ziyan vurmuşdur?
Bu tapşırığa əsasən biliyin növünü, taksanomiyanın səviyyəsini və təfəkkürün növünü müəyyən edin
Həyətdə dovşanlar və toyuqlar qaçır. Onların birlikdə 35 başı və 94 ayağı var. Həyətdə neçə dovşan var?
Bu məsələni həll edən şagirdin hansı mühakiməsi düz deyil?
Şagird sinif yoldaşının tapşırığı yaza bilmədiyini görüb ona dəstək olaraq "Həvəsdən düşmədən bir daha cəhd eləsən, tapşırığın öhdəsindən gələ bilərsən" deyir. Burada həmin şagirdlə bağlı hansı fikir doğrudur?
Müəllim şagirdlərə dilemma verib. Dilemma belədir:
Avtobusda bir gənc əyləşib. Yaşlı birinə yer vermir və ayağının əzildiyi üçün yer verə bilmədiyini söyləyir. Siz həmin şagirdlə bağlı nə deyə bilərsiniz?
Uyğunluğu müəyyən edin
Şagird ingilis dili müəllimi haqqında tənqidi fikirlər əks olunmuş mesajı öz sinif yoldaşına göndərərkən səhvən ingilis dili müəlliminin özünə göndərir. “ Müəllim dərsi izah edəndə çox sürətli danışır, heç nə başa düşmürəm, kaş ki müəllimimiz dəyişəydi” mesajını oxuyan müəllim sonrakı gün məktəbə gələndə şagirdə bu barədə heç nə demir. Dərsi daha aramla izah edir. Bu situasiyada müəllim etik davranış prinsiplərindən hansını nəzərə alır?
Müəllim Coğrafiya dərsi zamanı Gəncə şəhəri haqqında danışır : “Şəhər cənub-şərqdə Kiçik Qafqazın ətəyində Gəncə-Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir. Azərbaycanda sahəsinə görə ikinci, əhalinin sayına görə isə üçüncü şəhəridir.” Müəllim daha sonra Gəncə ”Bu şəhər Məhsəti xanım Gəncəvi və Nizami Gəncəvi kimi böyük şairlərin vətənidir”. Müəllim dərs zamanı inteqrasiyanın hansı növündən istifadə etmişdir və biliyin hansı növünü formalaşdırmışdır?
Uyğunlaşdırın.
1. Təhsilalanın hüququ
2. Təhsilverənin vəzifəsi
a- məktəbin akt zalından, kitabxanasından və infrastrukturundan istifadə etmək
b- təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq
c- normal iş və əmək şəraiti ilə təmin olunmaq
d- sağlam həyat tərzi keçirmək
e- şagird üçün müəyyən olunmuş nizam-intizam qaydalarına əməl etmək
f- şagirdləri fiziki və psixi zorakılığın bütün hallarından qorumaq
Şagirdlər bir-biri ilə sözləşərək 5-ci dərs riyaziyyat dərsindən qaçırlar. Bu situasiya ilə bağlı aşağıdakı fikirlədən hansı əsassızdır?