Riyaziyyat
Tərtibçi: MHM
Onlayn qruplar üçün: 077 322 79 53
Kurikulum
Tərtibçi: Gülər Hüseynova
Onlayn və əyani kurslar üçün əlaqə:
Tel: 055 841 61 11

Zavodda istehsal edilən minik avtomlərinin test yoxlaması zamanı, 120 at gücündə olan avtomobil 100km/saat sürətinə 7,2 san müdətdə çatır. Eyni zavodda istehsal edilən 135 at gücündə olan avtomobil 100km/saat sürətə neçə san çatar?
Bir qrupda 3 evli cütlük və hər cütlüyü də bir övladı var. Bu doqquz nəfər arasında hər hansı ikisi eyni ailədən olmayan üç nəfəri neçə müxtəlif üsulla seçmək olar?
Təkliflərdən hansı mütləq doğrudur?
Aşağıda verilmiş ədədlər sırasından hansının standart meyli ən azdır?
Şagird fiziki tərbiyə dərsində futbol oyunu zamanı təhlükəsizlik qaydalarını müəllimdən öyrənir və oyunu oynayarkən müəllimin köməyi olmadan təhlukəsizlik qaydalarına əməl edir. Bu situasiyaya əsasən idraki, emosional və psixomotor taksanomiyanın səviyyəsini müəyyən edin
Müəllim şagirdlərə “ Nə üçün Azərbaycanda qəhvə yetişdirilmir sualına cavab verin və cavabınızı əsaslandırın” tapşırığı ilə müraciət edir. Bu tapşırıq taksanomiyanın hansı səviyyəsinə , təfəkkürün hansı növünə uyğundur? (2023 MİQ sualı)
Müəllim şagirdlərə bugünə qədər gördükləri məsələlərdən fərqli bir məsələ təqdim edir. Şagirdlərdən biri həmin məsələni sistem tənlik quraraq həll edəcəyini, bir digəri siyahı tutmaqla həll edəcəyini, digər şagird məsələni cədvəl quraraq həll edəcəyini, digəri isə məntiqi seçmə ilə həll edəcəyini bildirir və hər biri öz fikrini əsaslandırır. Qarşı sırada əyləşən Əli bütün şagirdlərin təkliflərini dinləyir və bu yollar içərisində ən səmərəli yolun düsturdan istifadə etmək olacağına qərar verir və vaxt itirmədən həmin məsələni düsturdan istifadə edərək həll edir. Əlinin düşünmə formasını müəyyən edin
Planlaşdırma ilə bağlı hansı fikri düzgün hesab etmək olar?
Yanlış fikri müəyyən edin
Müəllim hər gün valideynlərin whatsapp qrupuna səs ataraq şagirdlərin dərs zamanı sakit durmadığını, bəzi şagirdlərin onu yamsılayaraq sinifdəki şagirdləri güldürüb dərsi pozduğunu, davranış qaydalarınl öyrətsə də, şagirdlərin əməl etmədiyini söyləyir. Bu situasiya ilə bağlı hansı fikri doğru olmayan fikri müəyyən edin
Çarizmin türkləri xristianlaşdırmaqda məqsədi nə idi? Bu suala əsasən taksanomiyanın səviyyəsini və biliyin növünü müəyyən edin
Birinci sinifdə oxuyan şagird dərsdə dəfələrlə yuxuya gedir. Müəllimin şagirdinin sinifdə niyə yuxuya getdiyini müəyyən etmək üçün etdiyi müşahidənin ən yaxşı nəticəsi ola bilər?
7-ci sinif müəllimi şagirdlərindən birinin xarici görkəmində heç bir problemi olmadığını, lakin öyrənmə problemi olduğunu hiss edir. Şagirdə mümkün qədər əlavə dərslər keçməyinə, onunla fərdi məşğul olmağına baxmayaraq o, hələ də şagirddəki problemin nədən qaynaqlandığını, ondakı bu xüsusiyyətlərin hansı psixi vəziyyətlə bağlı olduğunu müəyyən edə bilmir. Müəllim bu bu məsələ ilə bağlı valideynləri də məlumatlandırır. Müəllim bundan sonra aşağıdakılardan hansını etməlidir?
Sinif müzakirəsi zamanı iki şagird bir-birinə qışqırmağa başlayır. Vəziyyəti düzəltmək üçün müəllim nə etməlidir?
7 A sinfinin Azərbaycan dili və ədəbiyyat müəllimi təqaüdə çıxdığı üçün həmin sinfə MİQ-lə qəbul olunmuş yeni müəllim təyin olunur. O sinifdə təhsil alan Aysunun valideyni son zamanlar övladının dərsə həvəssiz olduğundan, məktəbə getmək istəməməyindən narahat olmağa başlayır. Onun hər zaman çalışqan olan övladı artıq hər gün dərsdən şikayət edir, sinifdə nəyisə başa düşməyəndə soruşa bilmədiyini bildirib. Onun qiymətləri aşağı düşüb. Bu davranış nəyin nəticəsidir və bu sinifdə hansı pedaqoji prinsip pozulmuşdur?
Sinif şagirdləri aylar əvvəl iyirmiyə qədər saymağı öyrənib artıq 100-ə qədər saymağı öyrənsələr də, Həsən 1-dən 20-yə qədər saymaqda çətinlik çəkir. Aşağıdakı yanaşmalardan hansı şagirdə kömək edə bilər?
Aşağıdakı tapşırıqlardan hansı fənlərarası inteqrasiyaya nümunə ola bilər?
İngilis dili dərsində Kənan dərs zamanı əlavə söhbətlər edərək yoldaşlarının fikrini yayındırır. Bunu eşidən müəllim qəzəblənərək ona sakit durmağı tapşırır, lakin Kənan müəllimi vecinə almadan söhbət etməyə davam edir. Bunu görən müəllim qışqıraraq onu direktorun otağına aparacağını bildirir və Kənan müəllimin səsini yazaraq direktora və valideynlərinə təqdim edir. Bu situasiya ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur?
1. İngilis dili müəllimi dərsi maraqsız keçir
2. Müəllim etik davranış prinsiplərindən konfidensiallığı pozur
3. Müəllim “Mədəni davranış” etik davranış prinsipini pozur
4. Bu şagirddə valideyn nəzarəti yoxdur
5. Kənan şagird davranış qaydalarına əməl etmir
6. Bu sinifdə şagirdyönümlülük prinsipi pozulmuşdur
7. Şagird “ Müəllimin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq” hüququndan istifadə etmir
Aşağıdakı təlim nəticələrindən biri düzgün verilmişdir