Yazı materialları
Azәrbaycanda tarixin müxtəlif dövrlərində fikri ifadə etmək üçün müxtəlif yazı materiallarından istifadə olunmuşdur.
Çox qədim zamanlarda yazı materialı kimi daş və ya gil lövhələrdən istifadə edilmişdir. Məsələn, qədim türklər Orxon-Yenisey əlifbası ilə iri daşlar üzərində öz qan yaddaşlarını həkk edirdilər. Cәnubi Azәrbaycanda tapılmış mixi yazılı gil lövһәlәr Miladdan öncə bu ərazidə gil kitabların olmasından soraq verir. Dәrbәnd, Mingәçevir, Xocalı vә s. bölgәlәrdә dә mixi vә alban yazılı daş vә gil lövһәlәr tapılmışdır.
Orta əsrlərdə Azәrbaycan sәnәtkarları – memarlar və rəssamlar һökmdar sarayları, mәscid və məqbərələrin inşası zamanı daş lövһәlәr üzәrindә müəyyən yazılar həkk edirdilər.
XII әsr әrәb coğrafiyaşünas sәyyaһı əl-Əndəlusi yazırdı: “Xәzәr dәnizi saһillərindә tәrkibindә qızıl olan xeyli daş vardır. Yerli әһali onların üstündә incә xәtt nümayiş etdirir. Bu daşlardan birinin üzərindә Mәһәmmәdin vә Әlinin kәlamları әn gözәl xәtlә yazılmışdır”.
Vaxtilə Nil çayının
papirus adlanan yabanı bataqlıq bitkisi ilə dolu idi. Qədim misirlilər onu kəsir, hamar olması sıxır və qurudur, kövrəkləşdirərək yazı materialı hazırlayırdılar. Yazı üçün hazırlanmış papirus uzun lent şəklində olduğundan onu bürmələyərək lülə şəklinə salırdılar.
Minilliklər ərzində elmin beşiyi sayılan Misirdə, Yunanıstanda və Romada papirus əsas yazı materialı olmuş, kitab və yazı mədəniyyətinin inkişafına xidmət etmişdir. ●Bir çox qədim alim və şairlərin əsərləri məhz papirus kitablar şəklində gələcək nəsillərə ötürülmüşdür. Homerin “İliada” və “Odisseya” əsərləri yazıldığı vaxtdan iki əsr sonra papirusa köçürülmüşdür. Evklidin 13 cilddən ibarət “Həndəsə” kitabı ilk dəfə qamış qələmlə zərif papirusda yazılıb dünya kitabxanalarının qiymətli sərvətinə çevrilmişdir.
Bu gün dünyanın bir sıra kitab xəzinələrində xeyli miqdarda yazılı papirus bürmələri saxlanılmaqdadır. Məsələn, Britaniya Muzeyi kitabxanasında papirus üzərində yazılmış üç min nüsxə əlyazma saxlanılır. Azərbaycanda da papirusdan XII əsrə qədər yazı materialı kimi istifadə olunmuşdur. “Lülələnmiş kağıza diz üstə inci axar” deyəndə Nizami papirusu nəzərdə tutmuşdur. Azərbaycanda və digər Şərq ölkələrində minlərlə müəllifin əsərləri papirus vasitəsilə yayılmışdır.
Göründüyü kimi, Azərbaycan, Şərq və ümumiyyətlə, dünya kitab mədəniyyətinin inkişafında papirus çox mühüm rol oynamışdır.
Hansı sualı mətn əsasında cavablandırmaq olmaz?