Gizli qəhrəmanlar
Sultan Süleyman bağında nadir tapılan bir armud ağacı əkdirmişdi. O, vaxt tapdıqca ağacın yanına gedir, budaqlarına, yarpaqlarına fərəhlə tamaşa edirdi.
Beləcə on il keçdi. Ağac böyüyüb qol-budaq saldı və ağappaq çiçəklər açdı. Sultan Süleyman armud ağacının ilk meyvəsini səbirsizliklə gözləyirdi. Armud ağacının gözəlliyi qarışqaların da gözündən qaçmamışdı. Onlar sürü ilə ağaca daraşıb onun gövdəsini, budaqlarını gəmirirdilər. Bir müddət sonra necə oldusa ağac qurumağa başladı.
Sevimli armud ağacının meyvə vermədən quruması sultanı çox kədərləndirdi. ▼ O elə yəqin etdik ki, armud ağacı qarışqalara görə quruyub. ►Sultanın adamları da xüsusi maddələrin qarışımından qarışqaları məhv etmək üçün məhlul düzəltdilər, ancaq sultan yanlış hərəkət etməkdən də çəkinirdi.
◄Buna görə də o bu məsələ ilə bağlı çətin zamanlarında hər zaman məsləhət aldığı, sultanı daim doğru yola yönləndirən dövrünün tanınmış şeyxi Əbussuud Əfəndidən düşüncəsini öyrənmək istədi. Sultan Süleyman fikrini iki misralıq şeir şəklində yazıb şeyxə göndərdi:
Ağaca əgər ziyan versə qarınca,
Zərər varmıdır qarıncanı qırınca?
Yəni sultan bununla demək istəyirdi ki, qarışqalar meyvəli ağacı qurudarsa, onları öldürmək olarmı?
Şeyx Əbussuud Əfəndi Sultan Süleymanın məktubunu alıb oxudu. Sonra da ona iki misralıq cavab məktubu yazdı:
Sabah haqqın divanına varınca
Süleymanda haqqın alar qarınca.
Yəni bir gün Allahın hüzurunda qarışqa belə öz haqqını sultandan alacaq. ▲
Sultan Süleyman Əbussuud Əfəndinin cavabını alar-almaz qarışqaları öldürmək ………… . O, yaxşı anlaya bildi ki, bapbalaca qarışqa belə olsa, Allahın yaratdığı heç bir canlıya haqsızlıq etmək olmaz.
Bir dəfə sultan səfərdən qayıdanda yenə bağını gəzintiyə çıxmışdı. Ağacların arasında yarpaqları tökülmüş, budaqları və gövdəsi qurumağa başlayan bir alma ağacına rast gəlir. Səbəbinin yenə qarışqa olacağını düşünüb ağaca yaxınlaşır, amma ağacın üzərində bir dənə də olsun qarşıqa tapa bilmir.
Səhəri gün Süleyman sultan bağbanını hüzuruna çağırtdırır və ağacın qurumağının səbəbini ondan soruşur.
Bağban:
- Ey cahanın padşahı, nə qədər çalışsam da, artıq gec idi. Ağacın şirəsi ilə qidalanan vəhşi həşəratlar ağacdakı bütün şirəni çəkmişdi. Bunun qarşısını sadəcə qarışqalar ala bilər, onlar ağaclarda olan bu həşaratlarla qidalanaraq onların ağaca zərər verməsinin, qurumasının qarşısını alırlar. Amma nədənsə, bu dəfə ağaca bir qarışqa belə yaxın durmadı, sanki nədənsə incimişdilər. ♦
Sultan Süleymana artıq hər şey məlum idi, bu hadisə onun aylar öncə verdiyi qərarının doğruluğunun sübutu idi. Amma indi də bağbanın dediklərindən sonra sultanı narahat edən bir sual yaranmışdı...
Mətndə tünd-qara hərflərlə verilmiş hissədə nöqtələrin yerinə hansı məcazi mənalı ifadə yazılsa, uyğun olar?