Üç nəsihət
1. Bir ovçu tələ quraraq sərçə ovlamışdı. O, çəkisi otuz beş qramdan çox olmayan quşu əlinə götürən kimi sərçə danışmağa başladı:
– Bu günə kimi saysız-hesabsız mal və qoyun əti yemisən. 2. Doymamısan ki, mənim bir neçə qramlıq ətimə gözün düşdü? Onlar sənin qarnını doyurmadısa, mən nə edə bilərəm?
3. Dil açan sərçə üsyan elədi.
Sərçə sözünə davam etdi:
– ■ Əgər məni buraxsan, sənə üç qızıla bərabər1 nəsihət verəcəyəm. Bir tikə quş ətini seçmək istəyirsən, yoxsa ömrün boyu işinə yarayacaq üç nəsihəti? Yaxşı fikirləş!
Ovçu fikirləşdi və qərar verdi:
– 4. Razıyam! –dedi. – Səni buraxacağam. Mənə hansı nəsihətləri verəcəksən?
Sərçə cavab verdi:
– Amma bir şərtim var.
– İndi də qabağıma şərt qoyursan?
– Əgər razısansa...
– Yaxşı, – ovçu dilləndi, – nə şərtdir elə?
– 5. Öyüdlərin birini əlində olanda, ikincisini qabaqdakı damın üstündə, axırıncısını da ağaca qonanda deyəcəyəm.
Ovçu bununla razılaşdı.
Sərçə:
– Birinci nəsihətim odur ki, kim baş tutmayacaq, qeyri-mümkün bir söz deyirsə, heç vaxt inanma!- dedi.
Ovçu ovcunu açdı, quşu buraxdı. Sərçə pırr edib uçaraq, qarşıdakı evin damına qondu.
– ♣ Daha baş vermiş hadisə üçün kədərlənmə! Ələ verdiyin fürsətlərin ardı ilə heç vaxt heyfsilənmə.
Sonra əlavə etdi:
– ▲Mənim qarnımda çox qiymətli, hərəsi otuz qramdan çox olan iki mirvari var idi. Məni əlindən buraxdın. Qismətin deyilmiş.
– Vay-vay! – deyə ovçu sızıldadı. – Mən nə etdim, səni niyə buraxdım?
Sərçə dedi:
– ● Bayaq sənə nə dedim? Əlindən buraxdıqların üçün dizinə döyməyəcəksən,vaxtını peşmançılığa sərf etməyəcəksən. Həm də birinci öyüdümü yadından çıxardın?
Artıq ovçunun ........... , başa düşdü ki, sərçə əməlli-başlı onu ələ salır.
– Bir də... De görüm, üçüncü nəsihətin nədir?
Sərçə artıq ağacda idi.
– ♦ Boş ver! İkisinə əməl etdin ki, üçüncüsünü də eşitmək istyəyirsən? Ən yaxşısı mən gedim, – deyərək uçub gözdən itdi.
Qəzəbindən şirə dönən ovçu çaşqınlıqla sərçənin arxasından baxa-baxa qaldı...
Mətnin giriş hissəsi ilə bağlı doğru fikri müəyyən edin.