Tamahkar
Qədimlərdə Almaz dağlarında Pak adlı tamahkar bir adam olurdu. Nə gözünə dəysəydi1, istərdi, özü üçün götürsün, heç nə ilə kifayətlənməz, hər şeyi qədərindən daha çox istər, yenə də gözü doymazdı2. Meşədəki heyvanlar Pakı hər gün görməkdən bezir, hər dəfə qorxuya düşürdülər, ağaclar və digər bitkilər də cücərdiklərinə peşman olmuşdular. ♣ Qonşuları da toyuq-cücələrini axtarmaqdan təngə gəlmiş3, hasarlarını aşılmaz hündürlüyə çatdırmışdılar.
Bir dəfə Pak tələ qurur və bu dəfə isə tələsinə bir dələ düşür, özü də elə-belə, sadəsindən yox, gümüş yunlu dələ. Pak sevindi. Dələni öldürmək istədi. Birdən dələ insan kimi dil açıb4 dedi:
– Məni öldürmə, burax gedim! Əvəzində sənə ürəyin istədiyin qədər gümüş verərəm.
– Nə qədər istəyim? ♥ Yaxşısı budur, belə elə ki, əlimi nəyə vursam, o saat gümüşə dönsün, həm də məndən başqa heç kəs bu gümüşlərə əl vura bilməsin, onda səni buraxaram, – deyə Pak ona təklif etdi. Dələ dedi:
– Sən istəyən kimi də olar, indi məni burax və əlini tələyə vuraraq yoxla.
Pak dələni buraxdı, əlini tələyə atdı, tələ dönüb gümüş oldu. Tez evə çatmağa tələsdi. Qaça-qaça evinə gəldi, sevindiyindən heç yerə-göyə sığmırdı. Evin qapısına əlini vurdu, gümüşə çevrilən qapı taqqıldadı. Evə girib su içmək üçün
götürdü, o da dönüb gümüş oldu. Başmaqların çıxarıb kandara qoymaq istədi, başmaqlar gümüşə döndü. ► Yerdəki yorğan-döşək də Pakın əli dəyən kimi gümüşə çevrildi.
Pak belə bir dövlətdən lap ağlını itirdi. Evdə, həyətdə ora-bura qaçıb əlini hər şeyə vururdu. Qaçıb, qaçıb yoruldu, yemək istədi. Ancaq bədbəxtlikdən bütün yemək də gümüşə dönürdü. Bir boşqab plov götürüb yemək istədi: boşqab da, düyü də, yemək taxtaları da gümüşə döndü.
Pak yemək istəyir, ancaq yeyə bilmir. “Bir təhər dözərəm, – deyə Pak öz-özünə düşünür, – ancaq əvəzində bir gör nə dövlətim var də! ● İndi hamı mənə həsəd aparacaq!”
♦ Doğrudan da elə adamlar tapıldı ki, Paka həsəd apardı5.
Hamı gördü ki, kök Pak nazik Paka çevrilir; gün-gündən o lap incəlirdi. Tezliklə lap əldən düşdü. Pak özünün soyuq və bərk gümüş yatağına uzanıb acından və soyuqdan öldü
Mətnə əsasən verilən fikirlərdən hansı yanlışdır?