Sevgi abidəsi
Hindistanın Aqra şəhərində yerləşən Tac-Mahal dünya memarlığının şah əsəridir. Bu abidə Böyük Moğollar İmperiyasının hökmdarı, Əmir Teymurun nəslindən olan Cahan şahın əmri ilə ucaldılmış Tac-Mahal həm də əbədi məhəbbətin rəmzidir. 1 Bəs belə bir möcüzəni yaratmağa Cahan şahı nə sövq etmişdi?
■ 1630-cu ildə Cahan şaha böyük kədər üz verdi. Xanımı Mümtaz Mahal Banu Bəyim on dördüncü övladını dünyaya gətirən zaman gözlərini əbədi yumdu. a) Heç cür ovuna bilməyən Cahan şah bir il sonra Mümtaz Mahala böyük məhəbbətini misli görünməmiş memarlıq abidəsi tikdirərək əbədiləşdirmək istəyirdi. 2
Böyük və gözəl fəvvarəli bağ içində salınmış türbənin tikintisi 1651-ci ildə başa çatdı. Tac-Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki dörd minarədən ibarət tikilidir. Türbənin xarici görünüşü mütləq simmetriya konsepsiyasına söykənir və Mümtaz Mahalın məqbərisinə nəzərən mərkəzi-ox simmetriyasına malikdir.
■ Cahan şahın əmri ilə Tac-Mahalın divarları yarımşəffaf ağ mərmərlə örtüldü. Şahın bu əmrinin xüsusi səbəbi var idi. b) Rəngini dəyişən, daha doğrusu, belə bir təsəvvür yaradan mərmər gündüzlər ağ, dan yeri söküləndə, qürub çağında çəhrayı, gecələr isə gümüşü rəngə çalacaqdı.
Abidədəki dekorativ elementlər müxtəlif boya, suvaq, daş
və oyma fiqurların köməyi ilə yaradılıb. Kompleksin divarlarına həmçinin Qurani-Kərimdən parçalar həkk olunub. Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari, sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, iyirmi səkkiz növ yarımqiymətli və qiymətli daşlardan istifadə olunub. Bu daşları hətta Çin, Əfqanıstan, Tibet və Şri-Lankadan gətirirdilər. c) Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi tikib. 3
Türbəni bəzəyən günbəzlər qızıl suyu çəkilmiş fiqurlarla tamamlanıb. Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Onun hündürlüyü 35 metrdir. Baş günbəzin əzəldən qızıldan olan tacı XIX əsrdə tuncla əvəzlənib. Tacı ucları səmaya istiqamətlənən aypara tamamlayır.
■ d)Ölümündən sonra Cahan şahı sevimli xanımının yanında dəfn ediblər. Hazırda onların sərdabələri türbənin içindədir.
■ XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü: 4 Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları söküb aparırdılar. 5
Bərpa işləri 1908-ci ildə başa çatdı. Moğalların bir vaxtlar cənnəti xatırladan bağına da əl gəzdirib, onu Britaniya üslubuna saldılar.
■ 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.
Tünd-qara hərflərlə verilmiş cümlələrə əsasən uyğunluğu müəyyən edin.
a) ……
b) ……
c) ……
d) ……
1. Plandır
2. Proqnozdur