Qənaətcil
Kostyanın anası ona pul verdikdə dərhal pul daxılına qoyurdu. Dostu Fedya isə tam əksinə qəpik-quruşu olan kimi mütləq bir şey alırdı: ya göyərçinlər üçün taxıl, ya balıqlar üçün yem, ya da itlər üçün kolbasa.
Bir dəfə kənddə böyük yarmarka1 təşkil edildi. Kostya daxıldan bir ovuc pul götürdü və özü üçün yeddi səsli qarmon almaq ▲qərarına gəldi. Ancaq Fedya qaldı, çünki onun bazarlıq üçün kifayət qədər pulu yox idi.
Kostya yarmarkaya getmək üçün meşədən keçməli oldu - amma ● yolunu azdı. Birdən bir göyərçinin uçduğunu gördü. Göyərçinlər isə hər yerə uçurlar və bütün yolları tanıyırdılar.
– Ey göyərçin, mənə yol göstər!- Kostya göyərçinə səsləndi – qarşılığında2 pul verəcəyəm!
İndi sənə yol göstərərəm! – göyərçin dedi.
Göyərçin cavab olaraq soruşur: - Axı pul mənim nəyimə lazımdır? Səni tanımıram. Sən kimsən ki, yol göstərim?
– Mən Fedyanın dostuyam - deyə Kostya cavab verdi.
– Hə.... bu başqa məsələ - göyərçin dedi.
Göyərçin Kostyaya yol göstərdi və o da davam etdi. Bir az sonra gördü ki, çayın üzərindəki körpü sınıb çaya düşüb.
- Bəs mən bu çayı necə keçəcəyəm? Bərəni3 necə tapacağam? Bəlkə buradan keçməyəcək?
Birdən çayda üzən bir balıq ona yaxınlaşıb dedi:
– Mən səni tanıyıram. Sən - Fedyanın dostusan. Yaxınlaş mən indi bərəni göstərəcəm!
Bax beləcə Kostya balığın köməkliyi ilə çayı keçərək yoluna davam etdi. Axır ki, gəlib çatdı yarmarkaya. Yarmarkadakılardan biri Kostyanın pulunu götürüb oradan uzaqlaşdı. Kostya nə qədər çalışsa da, onu tuta bilməyib başladı ağlamağa, ancaq qələbəlik onun səsini eşidilməsinə əngəl olurdu, heç kim onu duymurdu. Kostya ağlayırdı, çünkü heç nəyə xərcləməyib uzun müddət ərzində topladığı4 pulunu oğurlamışdılar.
Birdən, pırtlaşıq saçlı bir it ona tərəf qaçaraq gəldi. Kostya iti ilk dəfə görürdü. İt nə ■baş verdiyini anlayıb Kostyaya dedi:
– Kədərlənmə! Məni gözlə!
Bir müddət sonra it pullarla geri qayıtdı. Pulları Kostyaya geri verib onun qulağına nəsə pıçıldadı. Kostya utandı, əlindəki bütün pula müxtəlif çeşidli5 şirni, çərəz, hətta yeddi səsli qarmon belə aldı, evə gəlincə yol boyu rastlaşdığı hər bir canlıya, quşa, balığa, arıya şirni, çərəz verdi.
O gəlib öz kəndlərinə çatdı. Fedyanı tapıb ona yeddi səsli qarmonu uzadıb dedi:
– Məndən sənə hədiyyə, mənim əziz dostum!
Fedya ♦ gözlərinə inanmadı və təəccüblə soruşdu.
– Sənə nə olub, Kostya? Nə qədər əliaçıq, xeyirxah olmusan!
– Bundan sonra mən həmişə belə olacağam!
Fedya hər şydən xəbərsiz idi, bilmirdi ki, it yarmarkada Kostyanın qulağına iki atalar sözü pıçıldamışdı.
Mətndə üzərində rəqəm yazılmış hansı ifadənin qarşılığına aid nümunə yoxdur?
müqabil, ticarət, yığmaq, növ, su nəqliyyatı