Baharla əbədi yoldaş olan sənətimiz
▼ Yaxın və Orta Şərq xalqları incəsənətinin əsas hissəsini təşkil edən Azərbaycan miniatür sənətinin dünya incəsənəti tarixində özünəməxsus yeri var. Kitab I illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin əsas mövzusunu məhəbbət və hünər təşkil edən, sevgi ilə qəhrəmanlığın vəhdətdə verildiyi “Vərqa və Gülşa” əlyazmasına çəkdiyi miniatürlərin üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və II miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. ●“Vərqa və Gülşa” əsərinə çəkilmiş miniatürlər ……. Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə də bu sənətin ən qədim nümunələrindən sayılır.
■ XIV əsrin ortalarından Təbriz rəssamları qrafik və III boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslubun əsasını qoydular. Bu yeni üslubun formalaşması 1340–1350-ci illərə aid edilən “Böyük Təbriz Şahnaməsi”, yaxud Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.
XV əsrin əvvəllərindən başlayaraq Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş “ana məktəb” adlandırmışdır. ♦XV əsrdə Təbriz məktəbinin təsiri ilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə “Şərq poeziyası antologiyası”, yaxud “Şamaxı antologiyası” və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu IV portretlər Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
XV əsrin axırlarından yüksəliş dövrünü keçirən Təbriz miniatür məktəbinin XVI əsrin əvvəllərindən başlayaraq klassik ədəbiyyatla əlaqəsi daha da genişlənir. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. 119 klassikin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tutur. ♣ Təsviri sənətdə ən çox və ən dəyərli miniatürlər bu iki əsərə – “Şahnamə” və “Xəmsə”yə çəkilirdi.
Mətndə qarşısında rum rəqəmləri yazılmış sözləri aşağıdakı şərhlərə uyğun şəkildə qruplaşdırın.
1. Bir və ya bir neçə şəxsin rəssam tərəfindən çəkilmiş şəkli
2. Qədim əlyamalarda çəkilən kiçik ölçülü rəngli təsvir
3. Boya ilə şəkil çəkmə işi
4. Mətnin rəsm vasitəsi ilə ifadəsi