Dövlətli quzu
Soyuq bir qış günü padşah baş vəzirini də yanına alıb gəzmək, vətəndaşlarını görmək, onların hallarından, ölkəsində baş verənlərdən xəbərdar olmaq məqsədilə yola çıxır1. ►Bir az gəzdikdən sonra dərə kənarında işləyən qoca bir dabbağ görürlər. Qoca əlindəki dəriləri suya salır, döyərək onları aşılayırdı.
♦ Padşah qocaya yaxınlaşaraq adi sadə bir vətəndaş kimi: “Ey taqətdən düşmüş qoca, bu soyuq qış günündə özünə niyə zülm edirsən, bəs altılarda nə edirdin?”
Gözləmədiyi səsdən diksinən qoca ona yaxınlaşan və heç vaxt görmədiyi bu adamları, geyimlərini diqqətlə süzərək: “Altıya altı qatmayınca otuz ikiyə çatmır, ey cahanın padşahı”, - dedi.
Qocanın diqqət və hazırcavablığını sevən padşah: “Bağçanda heç gül-çiçəyin yoxmu sənin?”
Qoca: “Var, amma hamısı ellərə yarayır”, - dedi.
Padşah gülümsəyərək: “Yaxşı, tükləri qızıldan olan bir quzu göndərsəm, dərisini aşılarsanmı?”
İxtiyar sevinərək: “Həm də səsi çıxmadan...”
♣ Padşahla baş vəziri qocanın yanından ayrılıb yola düşürlər2. Olanları maraq içində izləyən vəzir yolda padşahdan nə danışdıqlarını soruşur.
Padşah: “Mənim ən yaxın adamım sənsən, amma nə dediyimi anlamırsan? Axşama qədər qoca ilə nə danışdığımı gəlib mənə bülbül kimi ötməsən, zindandakı pələnglərin axşam yeməyi olacaqsan”,- deyib saraya daxil oldu.
● Padşahın qəzəbləndiyini görən çarəsiz vəzir tez saraydan ayrılıb yol alır3 dərənin kənarındakı qocanın yanına.
Qorxusundan yarpak kimi əsən vəzir qocadan padşahla nə danışdıqlarını soruşsa da, qocanın danışmağa könlü olmadığını başa düşür, ona on qızıl verir və yenə soruşur: “Bayaq sənə yaxınlaşanın padşah olduğunu necə anladın?”
Qoca: ..............................................
Vəzir birinci sualın cavabını tapdığı üçün sevinir və “altılara altı qatmayanda otuz ikiyə çatmaz” ifadəsinin mənasını soruşur.
Qoca bu dəfə də cavab verməyə tələsmir və əlindəki dərini təmizləməklə məşğul olur.
Canının qorxusuna düşən vəzir ona bu dəfə də on qızıl verib yola gətirir4 və sualını təkrarlayır.
Qoca: “Padşah üç ay yaz və üç ay yay, yəni bu altı ayda işləmədiyimi nəzərdə tutaraq qış ayında niyə işlədiyimi soruşdu. Mən də təkcə yaz və yay alarında işləyib qış və payız aylarında işləmədikdə qazancımızın otuz iki dişimizə, dolanmağımıza yetməyəcəyini dedim”.
Bu sualın da cavabını öyrənən vəzir sevinclə qocaya on qızıl da verərək üçüncü sualın cavabını soruşur: “Bağçandakı gül-çiçəyinin mənası nədir bəs?”
Qoca: “Padşah gül-çiçək deyərək uşaqlarımı soruşdu, mən də hamısının qız olduğunu, onların evlədiyini və ellərə yaradığını dedim”.
Sevincindən yerə-göyə sığmayan vəzir: “Yaxşı, bəs quzu məsələsi nədir?”
Artıq otuz dinar qazanmış qoca gülürək: “Onu da artıq siz tapın”, - deyir və özü hazırladığı çarıqlarını geyərək dərədən uzaqlaşır.
▼Qocanın dediklərini düşünən vəzir yalnız bir neçə saat keçdikdən sonra sonuncu sualının cavabını tapır və padşahla qocanın oyununu anlayaraq bikef halda yola düzəlir5.
Qoca əminliklə kiminsə gələcəyini bildiyi üçün dərədən ayrılmamışdı cümləsini qarşısında işarə qoyulmuş hansı cümlədən sonra artırıb məzmununa xələl gətirmədən mətni genişləndirmək olar?