Natiq Vahidov
“Zərərsizləşdirmək” sözü hansı nitq hissəsindən düzəlmişdir?
isim
say
sifət
feil
zərf
Kökü feil olmayan, amma feildən düzələn sözü göstərin.
sıxlaşmaq
daralmaq
qanatmaq
tanışlar
ölçüdəkilər
Altından xətt çəkilmiş söz haqqında hansı fikir yanlışdır?
Mənə məhəbbət ver, sevim bir kəsi,
Sevim, elə sevim, özü bilməsin.
(M. Araz)
Əvəzlik yerində işlənmiş zərfdir.
Tərz bildirir.
Quruluşca sadədir.
Sadə feili izah edir.
Leksik və qrammatik mənası vardır.
Hansı nümunədə qeyri-müəyyən miqdar sayı xəbər vəzifəsindədir?
Çoxları bu məsələdən xəbərsizdir.
Azmıdır öz dərdim, sən də bir yandan dərd verirsən?
Aza qane olmasan, çoxa da sahib olmağın sual altında olar.
Çoxdandır ki, bu məsələ ilə maraqlanmıram.
Hansı sözdə bitişdirici samitin olduğunu dəqiq müəyyən etmək olar?
mədəni
tavanı
qalaya
heyvanı
şüşəyə
Verilən fikirlərdən biri “bu” əvəzliyinə aid olsa da, “həmin” əvəzliyinə aid deyil:
Təyin kimi işlənə bilir.
Əşyanı ümumi şəkildə müəyyən edir.
İşarə məqsədi ilə işlədilir.
Mənsubiyyətə görə dəyişə bilmir.
Mübtəda və xəbər kimi işlənə bilir.
Biri yanlışdır:
Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
2 misrada sifət işlənmişdir.
3 misrada feil işlənmişdir.
III misrada “kamil” sözü keyfiyyət bildirən sifətdir.
II misradakı “kamil” sözü hərəkəti izah edir.
1 misrada təsirlik hallı söz vardır.
Verilmiş nümunə ilə bağlı doğru fikirdir:
Kül təpəcik olmaz.
“Olmaz” cümlənin xəbəridir.
Təpəcik sadə sözdür.
II dərəcəli üzv iştirak etmir.
Mürəkkəb cümlədir.
Mübtəda sifətlə ifadə olunmuşdur.
Verilmiş nümunədə neçə düzəltmə söz vardır?
Əvvəlki padşahı öldürərək hakimiyyəti zorla ələ aldı.
1
2
3
4
5
Hansı nümunədə altından xətt çəkilmiş şəkilçinin leksik və ya
qrammatik olduğunu dəqiq müəyyən etmək olmur?
əzilmiş
sıxıldı
birdən
vergi
qanamaq
I Şah Təhmasibin əlyazması I XVI əsrdə Yaxın Şərqin ən mühüm mərkəzlərindən olan Təbrizdə – Səfəvilər sarayında əsası qoyulmuş saray kitabxanası dəyərli əlyazmaların toplanması və hazırlanması ilə məşğul olurdu. Saray kitabxanasında ərsəyə gətirilmiş ən məşhur əlyazmalardan biri də dahi1 şairimiz Nizami Gəncəvinin “Xəmsə”sidir. Əlyazma Səfəvi hökmdarı I Təhmasibin əmri ilə 1539-1543-cü illərdə hazırlanmışdır. ●Zəngin naxışlarla bəzədilmiş əlyazmanın üzü məşhur xəttat Şah Mahmud Nişapuri tərəfindən köçürülmüşdür. “Zərrinqələm” ləqəbi ilə tanınan Şah Mahmud ömrünün böyük hissəsini Səfəvi sarayında keçirmişdir. II Müasirlərinin verdiyi məlumata görə, o həm də şeirlər yazmışdır. Şah Mahmud Nişapurinin xətti ilə yazılan bir sıra əlyazmalar hazırda London, Paris, İstanbul, Sankt-Peterburq və s. şəhərlərdə yerləşən muzeylərdə qorunur. “Xəmsə”nin əlyazmasına müəllifin yazdığı beş poema daxil edilmişdir. Əlyazmanın səhifələri 14 miniatürlə bəzədilmişdir. Bu miniatürlər Səfəvilər dövrünün ən məşhur 5 rəssamına aiddir. Onların arasında isə ən çox Ağa Mirək Mirzə Qiyas adlı rəssamın əsərlərinə yer verilmişdir. 6 miniatür məhz bu rəssamın fırçasından çıxmışdır. Ən az miniatür müəllifi olan rəssam isə Müzəffər Əlidir. Onun cəmi bir əsəri əlyazmaya yol tapa2 bilmişdir. III XVII əsrdə Məhəmməd Zaman adlı rəssam tərəfindən çəkilmiş 3 miniatür sonradan əlyazmaya daxil edilmişdir. Bununla da əlyazmadakı miniatürlərin sayı 17 olmuşdur. Sonradan əlavə olunan rəsmlərin hamısı “Yeddi gözəl” poemasına aiddir. Maraqlıdır ki, əlyazmada yer alan miniatürlər N.Gəncəvinin dörd poemasına aiddir. Rəssamlardan heç biri “İskəndərnamə” poemasına aid illüstrasiya çəkməmişdir. Əlyazmaya daxil edilən miniatürlərə diqqət yetirdikdə görünür ki, rəssamlar “Xəmsə”dən daha çox hökmdarları tərif edən epizodları3 seçməyə diqqət yetiriblər. ●Bununla belə əlyazmada hökmdarla əlaqəli olmayan illüstrasiyalar da mövcuddur. Məcnunla bağlı iki miniatür buna misal göstərilə bilər. Miniatürlərdən biri dini mövzudadır. “Məhəmməd peyğəmbərin meracı” adlanan bu illüstrasiya Sultan Məhəmməd tərəfindən çəkilmişdir. ●Təbiət təsvirlərinin olması əlyazmadakı bütün miniatürlər üçün ortaq cəhətdir. 369 səhifədən ibarət olan əlyazma müxtəlif vaxtlarda çoxsaylı araşdırmalar üçün mənbə4 olmuşdur. IV Azərbaycan alimlərindən ilk dəfə Adil Qazıyev əlyazmanı və onun miniatürlərini tədqiq etmişdir. Alimin qiymətli5 araşdırması ayrıca kitab halında nəşr etdirilmişdir. Ölkəmizdəki araşdırmalar bununla məhdudlaşmır. Başqa müəlliflər də əlyazmanın ayrı-ayrı xüsusiyyətlərini tədqiq ediblər. Şah I Təhmasibin hazırlatdığı əlyazma uzun müddət saraylarda qorunmuşdur. V 1880-ci ildə xarici şirkətlərdən biri əlyazmanı alaraq Böyük Britaniyaya aparmışdır. Əlyazma bu gün də Britaniya kitabxanasında “Or.2265” nömrəsi altında saxlanır.
Hansı planlar mətnə aid edilə bilməz? 1. Ağa Mirək Mirzə Qiyas və “Xəmsə”nin əlyazması 2. “Xəmsə”nin London, Paris və s. şəhərlərdəki əlyazmaları 3. Rəssamların diqqətindən kənarda qalan poema 4. Saraylardan muzeyə gedən yol 5. “Məhəmməd peyğəmbərin meracı” illüstrasiyasının aid olduğu poema
1, 3
4, 5
1, 4
2, 5
2, 3
Verilənlərdən biri mətnə əsasən doğru deyil?
Əlyazmanın ilk və hazırkı variantlarında yer alan miniatürlərin sayı bərabər deyil.
Fərqli rəssamlar tərəfindən çəkilməsinə baxmayaraq, miniatürlər üçün ortaq cəhətlər tapmaq mümkündür.
Əlyazmaya daxil olan poemalara aid miniatürlərin sayı bərabər bölünməmişdir.
Şah Mahmud Nişapuri əlyazmanı hazırlayarkən ona kömək edən rəssamlardan biri Məhəmməd Zaman olmuşdur.
Səfəvilər sarayında ədəbiyyatın qorunması və yayılması istiqamətində bir sıra işlər görülmüşdür.
Nömrələnmiş cümlələrdən hansında verilən məlumatın nəticəsi mətndə göstərilməmişdir?
I
II
III
IV
V
Fikirlərdən hansı mətnin III abzasına aid tezis hesab oluna bilər?
Səfəvilər dövründə əsası qoyulan kitabxana Təbrizdə yerləşmişdir.
“Xəmsə” müəllifi N.Gəncəviyə dünya şöhrəti qazandırmışdır.
“Yeddi gözəl” poeması “Xəmsə”yə daxil olan dördüncü poemadır.
Səfəvilər dövründə mövcud olan rəssamlıq məktəbi Qərb ənənlərindən də bəhrələnmişdir.
“Xəmsə”nin əlyazması müxtəlif sənətkarların əməyinin birgə məhsulu hesab oluna bilər.
Sualın cavabını yazılı şəkildə aşağıdakı xanaya daxil etdikdən sonra “Cavabı təsdiqlə” butonuna klik edin. Açılan qiymətləndirmə meyarları ilə öz cavabınızı müqayisə edib qiymətləndirmə aparın. Nəzərə alın ki, daxil etdiyiniz cavablara test tərtibçisi (müəllim, təlimçi və s.) istəkdən asılı olaraq baxa bilər.
CÜMLƏ
SEÇİMİN ƏSASLANDIRILMASI
Zəngin naxışlarla bəzədilmiş əlyazmanın üzü məşhur xəttat Şah Mahmud Nişapuri tərəfindən köçürülmüşdür.
Zəngin naxış, əlyazmanın üzü kimi ifadələr məcazi məna daşıyır. Bu cümlədə bədii üslubun xüsusiyyətləri müşahidə olunur.
Bal şkalası
Meyarlar
5 bal
Verilən doğru cavaba uyğun və ya yaxın cavabdır.
2.5 bal
Verilən doğru cavaba qismən uyğundur.
0 bal
Verilən doğru cavaba uyğun deyil.
Mətndəki əlyazmaya aiddir: Britaniyada saxlanır / Şah Mahmud Nişapuri tərəfindən köçürülmüşdür / 1539-1543-cü illərdə hazırlanmışdır və s.
Məlumatdakı əlyazmaya aiddir: Azərbaycanda saxlanır / Dust Məhəmməd ibn-Dərviş Dərəxtiçi tərəfindən köçürülmüşdür / 1636-cı ildə hazırlanmışdır və s.
Hər ikisinə aiddir: N.Gəncəvinin “Xəmsə”sinə aiddir / Miniatürləri var və s.
Mətnin giriş hissəsinə bir cümlə əlavə edərək zənginləşdirin. Cümlə əlyazmanın mətndə bəhs olunan əhəmiyyətini və dəyərini əks etdirsin.
Əlyazma əsrlər keçməsinə baxmayaraq, bu gün də gözəlliyi ilə göz oxşayır, onu hazırlayanların ustalığını nümayiş etdirir / Təbriz kitabxanasında hazırlanan bu əlyazma dövrünün sənətkarlıq xüsusiyyətlərini nümayiş etdirir, Azərbaycan incəsənəti haqqında təsəvvür yaradır və s.
Mətndə nömrələnmiş sözlərə əsasən cədvəli doldurun.
HƏQİQİ MƏNALI
MƏCAZİ MƏNALI
Həqiqi mənalıdır: dahi (1); epizodları (3); mənbə (4)
Məcazi mənalıdır: yol tapa (2); qiymətli (5)
Mətndə iki söz tünd hərflərlə verilmişdir. Konteksdəki mənasına əsasən izahlara aid sözləri müəyyənləşdirin.
SÖZ
İZAHI
Kitabın mətni ilə əlaqədar olan və bu mətnin izahına kömək edən şəkil
Zərif işlənmiş kiçik rəsm, şəkil
illüstrasiya; miniatür
və yaxud